Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız Sabir Əhmədli kimdir? | Icma.az
Kulis.az saytından verilən məlumata görə, Icma.az xəbər verir. Bu gün Xalq yazıçısı Sabir Əhmədlinin anım günüdür.
Kulis.az onun haqqında materialı təqdim edir. Sabir Əhmədli Cəbrayıla top-qrad mərmisi düşdüyü vaxt ev təmir edirdi.
Doğma torpağın alınacağına ya inanmırdı, ya da inanmaq istəmirdi. *** Çox halal adam olub. Evinə haram çörək aparmayıb.
Hətta bir vaxtlar dəb imiş, nəzir-niyaz verənlərə deyirlərmiş ki, gedin pulunuzu Sabir müəllimlə dəyişin, halaldı onun pulu.
Oğlunu könüllü Qarabağ savaşına göndərib. Müharibə gedən vaxt oğlu şəhər uşağı olduğu üçün şəraitə alışa bilmirmiş.
Bir qabda yemək yeyilməsi, səliqəsizlik onu darıxdırıb. Bayıra çıxanda snayperlə başından vurublar. Özü də həmin gün oğlunun ad günüymüş.
Oğlu şəhid olan vaxt özü cəbhə bölgəsinin başqa bir yerində əsgərlərlə görüşdə idi.
80-ci illər ədəbi nəsli haqqında Yazıçılar Birliyində görüş keçirilirmiş. Sabir Əhmədliyə söz verilir.
Tam oxu
Xəbəri oxu