Qardaşının 40 ı çıxan gün atası öldü

07.08.2026

Icma.az, Lent az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Mərhum Əməkdar artist Tünzalə Əliyevanın atası dünyasını dəyişib.

Bu barədə Lent.az-a aktrisanın ailəvi dostu, Azərbaycan Dövlət Akademik Musiqili Teatrının aktrisası Ülviyyə Əliyeva məlumat verib. 

Məlumata görə, Məcid Əliyev bu gün səhər 5 radələrində 88 yaşında vəfat edib.

"Ötən gün Tünzalənin qardaşı Elxanın 40-nı verdilər. Bu gün də atası dünyasını dəyişdi. Yaşanılan şeylər təbii ki, ağır olub".

Qeyd edək ki, T.Əliyeva 22 yanvar 2023-cü ildə onkoloji xəstəlikdən dünyasını dəyişib. Onun qardaşı Elxan Bayramov isə 58 yaşında Moskvada ürək çatışmazlığından vəfat edib və Gəncədə dəfn olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью