Qardaşlar arasında mülk davası qanla bitdi

25.11.2024

Qafqazinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ağdaşda qardaş qardaşını qətlə yetirib.

“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Aralbir kəndində qeydə alınıb.

Noyabrın 23-ü saat 10 radələrində kənd sakini 1977-ci il təvəllüdlü Qalib Soltanəli oğlu Musayev yaşadığı evdə aralarında yaranmış münaqişə zəminində qardaşı 1975-ci il təvəllüdlü Mirmehdini bıçaqlayıb.

Ağır xəsarət alan M.Musayev vəfat edib. Q.Musayev saxlanılıb.

Hadisənin mülk davası üstündə baş verdiyi bildirilir.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью