Qardaşlar sevindi, çəkisi 18 kiloqram olan nəhəng sazan balığı tutublar

21.01.2025

Sherg.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ədirnənin Qala gölündə balıq tutan balıqçılar uzunluğu 1 metr 20 santimetr, çəkisi 18 kiloqram olan nəhəng sazan balığı tutublar.


Sherg.az xəbər verir ki,  qayıqla Qala gölünə çıxan balıqçı qardaşlar Serkan və Sezer Sönməzin toruna böyük balıq düşüb. İki qardaş bir müddət balıqla məşğul olublar və onu yorduqdan sonra gəmiyə aparıblar.

Balığın böyük olduğunu görən iki qardaş çox təəccübləniblər.


Serkan Sönməz, “Çoxdandır ki, bu boyda balıq tutmurduq, bu gün məhsuldar gün idi və 18 kiloluq sazan tutmuşuq. Allah bərəkət versin" deyə bildirib. Sönməz qardaşları balıqları balıq bazarında bir müştəriyə satıblar.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью