Ses qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Dünyanın siyasi xəritəsində bəzən nadir hallarda yaranan elə əlaqələr var ki, onlar yalnız maraq və taktika üzərində deyil, həm də dərin mənəvi bağlarla, qarşılıqlı hörmət və ortaq gələcəyə inamla qurulur, inkişaf edir.
Bu gün Azərbaycan və Qazaxıstan arasında belə bir əlaqə mövcuddur.
Cənab Prezident İlham Əliyevin Kazinform agentliyinə verdiyi müsahibədə, iki ölkə arasındakı münasibətlərin keyfiyyəti, inkişaf perspektivləri və qardaşlıq ruhu barəsində söylədiyi sözlər tam əks olunur.
Cənab Prezident İlham Əliyev müsahibəsində qeyd edir: “Azərbaycan ilə Qazaxıstan arasında siyasi əlaqələr hazırda yüksək dərəcədə möhkəmlik və qarşılıqlı etimad ilə xarakterizə olunur.” Bu cümlə sadəcə rəsmi ifadə deyil, iki xalqın ortaq keçmişindən, paylaşdıqları mənəvi kodlardan, türk kimliyi, mədəni ənənələr və dostluq bağlarından irəli gələn təməli vurğulanmasıdır.
Müsahibədə dövlət başçısı xüsusi olaraq vurğulayır: “biz həqiqi strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri qurmuşuq.” Bu, yalnız söz deyil — real səfərlər, qarşılıqlı təşəbbüslər və yüksək səviyyədə davamlı təmaslarla dəstəklənir.
Cənab Prezident İlham Əliyev qeyd edir ki, son üç ildə Qazaxıstana yeddinci səfərini edir və hər səfərdə ölkədə, xalqlarda müşahidə etdiyi dinamik inkişaf onu sevindirir.
Qazaxıstan Prezidenti KasımCömar Tokayevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi və institusional islahatlar, şaxələndirilmiş iqtisadiyyat quruculuğu bu əməkdaşlığın daha da dərinləşməsinə təkan verir.