Icma.az, Ses qazeti portalına istinadən məlumat verir. Son illərdə beynəlxalq münasibətlər sistemində yaranan dəyişikliklər regional əməkdaş
Bu mənada Azərbaycan, Türkiyə və Pakistan arasında formalaşan üçtərəfli əməkdaşlıq modeli həm regional sabitlik baxımından, həm də yeni geos
Bu münasibətlər artıq sadəcə dostluq və qardaşlıq çərçivəsində deyil, strateji əməkdaşlıq səviyyəsində inkişaf edir.
Azərbaycan, Türkiyə və Pakistan xalqları arasında mövcud olan yaxınlıq tarixi, dini və mədəni bağlarla möhkəmlənib.
Bu ortaq köklər illər ərzində qarşılıqlı etimad və dəstək zəminində siyasi münasibətlərin də bərqərar olmasına səbəb olub.
44 günlük Vətən müharibəsi zamanı Türkiyə və Pakistanın Azərbaycana göstərdiyi birmənalı dəstək bu qardaşlığın bariz nümunəsi idi.
Həmin dəstək, sadəcə bəyanatlarla kifayətlənməyib, regionda ədalətin bərqərar olunması yolunda ciddi siyasi iradə nümayiş etdirilib.
2020-ci ildən etibarən Azərbaycan, Türkiyə və Pakistan arasında üçtərəfli əməkdaşlıq daha sistemli və planlı şəkildə inkişaf etdirilir.