Icma.az, Yeniavaz portalına istinadən məlumat yayır.
Ermənistan məhkəməsi Ermənilərin Katolikosu II Qareginin qardaşının məhkəməyəqədərki həbs müddətini daha iki ay uzadıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Gevorq Nersisyanın vəkili Ara Zöhrabyan TASS-a bildirib.
Bildirilib ki, müstəntiqlər onu xuliqanlıqda və kampaniyaya mane olmaqda ittiham edirlər.
Qeyd edək ki, noyabrın 3-ü Ermənistan məhkəməsi Katolikos II Qareginin qardaşı Gevorq və qardaşı oğlu Hambardzum Nersisyanın bir aylıq məhkəməyəqədərki həbs qətimkan tədbiri seçib. Onlar Respublika Partiyasından Vaqarşapat meri vəzifəsinə namizəd Harutyun Mkrtçyanın feysbuk paylaşımına əsasən ittiham olunublar.
Mkrtçyanın sözlərinə görə, noyabrın 1-də Gevorq Nersisyan və oğulları 16 noyabrda keçirilməsi planlaşdırılan Armavir bölgəsinin genişləndirilmiş Vaqarşapat icmasında yerli özünüidarəetmə seçkilərindən əvvəl təşviqat kampaniyasına mane olublar. Bu ittiham üç ildən altı ilə qədər həbs cəzası nəzərdə tutur.