Qareginlə bağlı hesabat YAYILDI

24.09.2026

Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Ermənistan hökuməti “Ermənistan Apostol Müqəddəs Kilsəsində yaranan böhran və onun həlli yolları haqqında” adlı hesabat dərc edib.

“Cebheinfo.az”-ın məlumatına görə, hökumətin bununla bağlı yaydığı açıqlamada böhranın Ermənistan Apostol Kilsəsinin faktiki rəhbərinin və bir sıra yüksək vəzifəli ruhanilərin fəaliyyətinin nəticəsi olduğu bildirilir. 

16 bəndlik hesabat Ermənistan Respublikası Baş nazirinin müraciəti əsasında İctimaiyyətlə Əlaqələr və İnformasiya Mərkəzi Dövlət Qeyri-Kommersiya Təşkilatı tərəfindən hazırlanıb.

Sənəddə Erməni Apostol Kilsəsində böhrana səbəb olan hallar kimi subaylıq andının pozulması və əxlaqi pozuntulara görə cəzasızlıq, din xadimlərinin  özbaşına təqib edilməsi və vəzifəsindən kənarlaşdırılması, maliyyə qeyri-şəffaflığı və kilsə əmlakının sui-istifadəsi, qohumların təyin edilməsi və klan idarəçiliyi, Müqəddəs Taxt-tacın siyasiləşdirilməsi və xarici təsirin yayılması, Milli Kilsə Yığıncağının fəaliyyətinin 27 ildir pozulması və vahid Nizamnamənin olmaması, Diaspor yeparxiyalarındakı parçalanmalar göstərilir.

Müşfiq Abdulla  
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью