Qaret Beyl sabiq komandasını təbrik etdi

22.05.2025

sport24.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Tottenhem"in sabiq futbolçusu Qaret Beyl London təmsilçisinin Avropa Liqasının finalında "Mançester Yunayted"ə qalib gəlməsini (1:0) şərh edib. Sport24.az xəbər verir ki, veteran futbolçu bununla bağlı UEFA-nın rəsmi saytına açıqlama verib:

"Bu, klub üçün heyrətamizdir. Və çoxdan gözləniləndi! Mən klub və onun uzun illər bunu gözləyən azarkeşləri üçün çox şadam".

Qeyd edək ki, "Tottenhem" 2008-ci ildən bəri ilk avrokuboklarda ilk titulunu qazanıb. London təmsilçisi növbəti mövsüm Çempionlar Liqasında mübarizə aparacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью