Qaret Beyl Sevilya nın satınalma prosesində iştirak edə bilər

16.11.2026

sport24.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Real"ın keçmiş futbolçusu Qaret Beylin də yer aldığı Amerika investisiya fondu "Juggernaut Capital Partners" "Sevilya" klubunu almaqda maraqlıdır. Sport24.az xəbər verir ki, bu barədə "El Confidencial" nəşri məlumat yayıb.

Mənbənin sözlərinə görə, qardaşlar Mənsur və Heydər Səidə məxsus Səudiyyə Ərəbistanı şirkəti "HD Ventures" də İspaniya klubunu əldə etmək uğrunda mübarizə aparır. Hər iki investisiya qrupu "Sevilya"nın səhmlərinin 85 faizə qədərini satın almaq imkanlarını nəzərdən keçirir. Danışıqlarda vasitəçi qismində "Goldman Sachs" çıxış edir.

Səhmdarlar İspaniya klubunu təxminən 500 milyon avro dəyərində qiymətləndirirlər. Bu məbləğə 60 milyon avro xalis borc və 80 milyon avro həcmində kapital artımı daxildir. Potensial alıcılar hazırda klubun maliyyə sənədlərini nəzərdən keçirirlər. Hələlik heç bir yekun razılaşma əldə olunmayıb.

Qeyd edək ki, bir neçə ay öncə "Sevilya"nın keçmiş müdafiəçisi Serxio Ramos klubu almağa cəhd göstərmişdi, lakin həmin danışıqlar uğursuzluqla nəticələndi.

Qeyd edək ki, 37 yaşlı Beyl 2023-cü ilin yanvarında karyerasını başa vurub. Uelsli futbolçu "Real"ın formasını geyindiyi müddətdə beş dəfə Çempionlar Liqasının, üç dəfə isə İspaniya çempionatının qalibi olub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью