Banco.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Müəllif:Mehin Qasımova,Banco.az
2026-cı ilin yanvar-aprel aylarında Azərbaycana 13 milyon 64 min ABŞ dolları dəyərində 26 min 478 ton qarğıdalı idxal olunub.
Banco.az xəbər verir ki, Dövlət Gömrük Komitəsinin rəsmi məlumatlarına əsasən, ötən ilin eyni dövrü ilə müqayisədə ölkəyə gətirilən qarğıdalının miqdarı 27,7%, idxalın ümumi dəyəri isə təxminən 3,7% azalıb.
Belə ki, 2025-ci ilin ilk dörd ayında ölkəyə 13 milyon 567 min dollar dəyərində 36 min 644 ton qarğıdalı gətirilib.
Qeyd edək ki, hesabat dövründə qarğıdalı idxalı Azərbaycanın ümumi idxalının 0,24%-ni təşkil edib.