Qaribaşvili “Gürcü Arzusu”nun sədrliyindən gedib

25.04.2025

Icma.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Gürcüstanın sabiq Baş naziri, hakim “Gürcü Arzusu” partiyasının sədri İrakli Qaribaşvili partiya sədri vəzifəsini tərk edib.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, Qaribaşvili bu barədə partiyanın ofisində keçirdiyi brifinqdə bildirib.

İrakli Qaribaşvili siyasətdən getdiyini açıqlayıb.


Qeyd edək ki, Qaribaşvili 2024-cü il fevralın 1-də “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının sədri təyin edilib. O, birinci dəfə 2013-cü il noyabrından 2015-ci ilin dekabrınadək, ikinci dəfə isə 2021-ci ilin 22 fevralından 2024-cü ilin 29 yanvarınadək Gürcüstanın baş naziri olub.

Yerli KİV-də daha əvvəl Qaribaşvili ilə hakim partiyanın digər rəhbər vəzifəli üzvləri arasında müxtəlif fikir ayrılıqlarının olması ilə bağlı məlumatlar dərc edilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью