Qarındakı piyləri necə əritməli?

17.10.2026

Icma.az, Saglamolun portalına istinadən məlumat verir.

Tibb elmləri doktoru, dietoloq Aleksey Kovalkov artıq çəki və qarın nahiyəsində toplanan piylərdən qurtulmağın yollarını açıqlayıb.

Sputnik Azərbaycan bildirir ki, bu barədə o, özünün YouTube kanalında söhbət açıb.

"Əvvəlcə baxmaq lazımdır ki, bu necə piydir, hansı konsistensiyadadır. Əgər siz piy qatını əlinizlə tuta bilirsinizsə, bu ayrı məsələdir. Əgər tuta bilmirsinizsə, müayinə gərəkdir. Qarın heç də həmişə piy demək deyil. Bununla tez-tez rastlaşıram. Olur ki, bağırsaqlar şişir, adam isə elə bilir ki, piylənib. Yaxşı olar ki, qarın boşluğunun USM-i aparılsın", - həkim deyib.

Kovalkov piylərin əridilməsi üçün anaerob məşğələlər zamanı və onlardan sonra vibrotrenajordan istifadəni məsləhət görüb.

Həmçinin deyib ki, hər gün ən azı 40 dəqiqə açıq havada gəzmək də faydalıdır. İş vaxtı fasilələrə də ehtiyac var - hər saatdan bir kompüter arxasından duraraq təmrinlər etmək gərəkdir.

Pasiyentlər gərək yeməklərinə də diqqət eləsinlər, un məhsulları və mayonezdən çəkinsinlər, həkim əlavə edib.

Saglamolun.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью