Azvision saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Öpüşün neçə yaşı var?
Biomexanika üzrə İgnobel mükafatı öpüşün təkamülünün öyrənilməsi məqsədilə ağ ayıların, quşların, qarışqaların və meymunların necə öpüşdüyünü araşdıran ABŞ-Britaniya tədqiqatçılarından ibarət qrupa təqdim olunmuşdu.
Onlar hətta öpüşə dəqiq tərif də vermişdilər: “Növ daxilində fərdlərin dodaq və ağız hissələrinin qida mübadiləsini nəzərdə tutmayan istiqamətlənmiş oral-oral təmasını ehtiva edən qeyri-aqonst qarşılıqlı əlaqə”.
Tədqiqatçılar belə qərara gəlmişdilər ki, öpüşmək insanabənzər meymunlarda təxminən 20 milyon il bundan qabaq meydana çıxıb.
Tarakan südü sizi kökəldə bilər
Kimya üzrə İgnobel mükafatı diri bala doğan Diploptera punctata tarakanlarının südünün qidalılıq göstəricisini araşdıran beynəlxalq alimlər qrupuna verilmişdi. Məlum olmuşdu ki, tarakan südündəki zülalın enerji dəyəri inək südündəki eyni zülaldan 3 dəfə çoxdur. Dişi tarakanların orqanizminin istehsal etdiyi bu maye onların bətnindəki embrionları qidalandırır.
Varlıların yoxsulluğu
İqtisadiyyat üzrə İgnobel mükafatının laureatları müəyyən ediblər ki, insanların sosial vəziyyəti onların davranşlarının etik göstəricilərinə təsir edir. Məsələn, bahalı avtomobillərin sürücüləri piyadalara daha az yol verirlər. Hərçənd, bunu başa düşmək üçün tədqiqat aparmağa ehtiyac yoxdur, Bakıda bir neçə saat maşın sürmək tamamilə kifayət edər.
Bundan başqa, onlar maraqlı bir eksperiment də keçiriblər. İnsanlara konfet dolu banka təqdim olunub və deyilib ki, istədikləri qədər götürsünlər, qalanı isə uşaqlara veriləcək. Məlum olub ki, daha yüksək sosial sinifləri təmsil edən insanlar daha çox konfet götürüblər. Demək, insan varlandıqca eqoist olur şəxsi maraqlarını daha çox düşünür.
Fınxırmaq elmi
Tibb üzrə İgnobel laureatı yaponiyalı Tokudzi Unnoya ölümündən sonra verilib. O, burun silməyin aerodinamikasını araşdırıb. Məlum olub ki, burunu silərkən bir dəfə dərindən güclü fınxırmaq dəfələrlə sakit fınxırmaqdn daha yaxşı və faydalıdırır. Gələn dəfə burnunuzu elə silin ki, səsi dağlarda əks-səda versin!
Samir Quliyev
AzVision.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik. Biomexanika üzrə İgnobel mükafatı öpüşün təkamülünün öyrənilməsi məqsədilə ağ ayıların, quşların, qarışqaların və meymunların necə öpüşdüyünü araşdıran ABŞ-Britaniya tədqiqatçılarından ibarət qrupa təqdim olunmuşdu.