Avtosfer portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Qarlı və buzlu hava şəraitində yol qəzasında dəymiş zərərin sürücülər tərəfindən qarşılanması sığorta şirkətlərinin təbliğ etdiyi yanlış fikirdən irəli gəlib”.
Avtosfer.az xəbər verir ki, bu sözləri əlverişsiz hava şəraitində baş verən yol qəzalarında sığorta şirkətinin öhdəliklərini şərh edən nəqliyyat eksperti Elməddin Muradlı "Bakues.az"a açıqlamasında deyib.
Onun sözlərinə görə, soyuq havalarda yol qəzası baş verəndə sürücülər öz aralarında razılığa gələ bilər və bu zaman hadisənin sxemi təxmini formada çəkilməlidir: “Hadisənin necə baş verdiyi, günahın kimdə olduğu müəyyənləşdiriləndən sonra onlar özləri sonradan polisə müraciət edə bilərlər.
Polisin qəbul etdiyi qərar əsasında həmin şəxslərdən biri günahkar, digəri də zərərçəkmiş sayılır.
Yol polisi tərəfindən elektron bildiriş göndəriləndən sonra sığorta şirkəti qiymətləndirilmə aparıb, həmin zərəri mütləq ödəməlidir”.
Ekspert vurğulayıb ki, vəziyyətdən asılı olmayaraq, istənilən yol nəqliyyat hadisəsi sığorta hadisəsi sayılır.
“Sığorta şirkəti baş verən yol qəzasına görə vətəndaşların etdiyi müraciəti dəyərləndirməyə borcludur və dəymiş zərəri 3-cü şəxs qarşısında mütləq ödəməlidir.