Bakivaxti saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bakıda və Abşeron yarımadasında yanvarın 21-də hava şəraitinin arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir.Bu barədə Bakıvaxtı.az-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib.Bildirilib ki, gündüz yağıntılar tədricən kəsiləcək.
Arabir güclənən şimal-qərb küləyi gündüz zəifləyəcək.Havanın temperaturu gecə 2°şaxtadan 1°-dək isti, gündüz 2-4° isti olacaq.
Atmosfer təzyiqi 767 mm civə sütunundan 771 mm civə sütununa yüksələcək.
Nisbi rütubət 75-85 % təşkil edəcək.Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir.
Ayrı-ayrı yerlərdə intensiv ehtimalı var. Gündüz yağıntılar tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman olacaq.
Mülayim qərb küləyi əsəcək.Havanın temperaturu gecə 2-6° şaxta, gündüz 3-6° isti, dağlarda gecə 10-15°, yüksək dağlıq ərazilərdə 17-22° şaxta, gündüz 3-8° şaxta olacaq.Əsasən dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.