Qarlı hava şəraiti Fransanın şimal departamentlərində həyatı iflic edib AZƏRTAC

09.01.2025

Icma.az, Azertag saytına istinadən bildirir.

Paris, 9 yanvar, AZƏRTAC

Fransanın şimal-qərbində yerləşən bölgələri qar və buz yağıntısının ciddi təsirinə məruz qalıb, 7 departament daşqın xəbərdarlığı alıb.

AZƏRTAC xəbər verir ki, Fransanın şimalındakı şaxtalı havaya görə iki nəfər donaraq ölüb. Pa-dö-Kaledə (Pas-de-Calais) baş vermiş yol qəzasında 3 nəfər yaralanıb. Digər yol qəzalarında kiçik maddi ziyanlar olub.

Meteorologiya institutu ölkənin 10 departamentində narıncı təhlükə vəziyyəti elan edib.

Ölkənin şimalında minlərlə ev elektriksiz qalıb. Həmçinin Fransa Milli Dəmir Yolları Şirkəti (SNCF) şimalda regional ekspress qatarların (TER) hərəkətinin dayandırılacağı və ya fasilələrlə işləyəcəyi barədə xəbərdarlıq edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью