Qarlı hava şəraitində bütün qatarlar qrafik üzrə hərəkət edir ADY | Icma.az
Icma.az, GlobalInfo portalına istinadən məlumat yayır. Azərbaycanda müşahidə olunan qarlı hava şəraiti ilə əlaqədar olaraq, hərəkətin təhlük
Globalinfo.az xəbər verir ki, bu barədə “Report”un sorğusuna cavab olaraq “Azərbaycan Dəmir Yolları” QSC (ADY) bildirib.
Məlumata görə, sərnişinlərin rahat və təhlükəsiz hərəkəti üçün vağzal, stansiya və dayanacaqlarda təmizlik işləri görülür, xüsusi cığırlar salınıb.
Qatarların sürət həddi hava şəraitinə uyğun tənzimlənir. Hazırda bütün qatarlar qrafik üzrə hərəkətini davam etdirir.
Sərnişinlərdən platformalarda hərəkət edərkən ehtiyatlı olmaları, dəmiryol xətlərini keçərkən müvafiq keçidlərdən istifadə etmələri xahiş olunur.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu