Icma.az bildirir, Avtosfer portalına istinadən.
Gözlənildiyi kimi hazırda bir sıra dağlıq və dağətəyi rayonlarda qarın yağması yollarda müəyyən çətinliklər yaradıb.
Bu barədə Avtosfer.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Əsasən enişli-yoxuşlu yollarda, sərt döngələrdə, körpülərdə, açıq ərazilərdə sürüşmə ehtimalı əhəmiyyətli dərəcədə artıb. Ötən gündən başlayaraq DYP əməkdaşları, aidiyyəti qurumlarla birgə yollarda təhlükəsizliyin təmin edilməsi, nəqliyyat axınının tənzimlənməsi üçün qabaqlayıcı tədbirlər görür, sürücülərlə profilaktik izahat işləri aparır.
Oxunub 18