Qarlı hava şimal bölgəsində qəzalara SƏBƏB OLDU

14.12.2024

Icma.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Qarlı hava şəraiti ilə bağlı şimal bölgəsində avtomobil qəzaları qeydə alınıb.
Bu barədə Bizim.Media-nın sorğusuna cavab olaraq DİN-nin Mətbuat Xidmətinin Quba regional bölməsinin inspektoru, polis baş leytenantı Xəyal Talıbov məlumat verib.
"Qarlı hava şəraiti ilə bağlı Qusar rayonunda 1 qəza olub iki avtomobilə maddi ziyan dəyib. Quba rayonunda isə 3 qəza nəticəsində yeddi avtomobilə maddi ziyan dəyib. Qeydə alınan hadisələrdə ölən və yaralanan yoxdur", məlumatda bildirilib.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью