Qarlı hava: təcili yardıma 17 nəfər müraciət etdi

01.03.2025

Icma.az bildirir, Axar.az portalına istinadən.

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə qarlı hava şəraiti ilə əlaqədar fevralın 28-i saat 20:00 radələrindən indiyədək 17 nəfərin müraciət edib.

Bu barədə Axar.az-a TƏBİB-dən bildirib.

Məlumata əsasən müraciət edənlərdən 9-u qadın, 8-i kişidir. Onlardan 14 nəfər müxtəlif travmalarla müvafiq tibb müəssisələrinə hospitalizasiya olunub. Üç nəfərin isə tibbi xidmətdən imtinası qeydə alınıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью