Qarlı havada avtoxuliqanlıq etdi,sürücülük hüququ məhdudlaşdırıldı VİDEO

22.02.2025

Icma.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.

İsmayıllı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq edən A.Səfərəliyev saxlanılıb.

Avtosfer.az xəbər verir ki, o, idarə etdiyi “VAZ-21013” markalı avtomobillə qarlı hava şəraitində təhlükəli manevrlər edərək digər hərəkət iştirakçıları üçün təhlükə yaradıb. 

A.Səfərəliyev məhkəmənin qərarı ilə cərimə edilməklə sürücülük hüququ 2 il müddətinə məhdudlaşdırılıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью