Icma.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir. Ağsu-Kürdəmir-İmişli yolunda yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az-ın məlumatına görə, qəza yanvarın 20-də səhər saatlarında qeydə alınıb.
Belə ki, hərəkətdə olan “VAZ-2107” markalı maşın, “VAZ-2106” markalı avtomobillə toqquşub. Zərbənin təsirindən “VAZ-2107” dərəyə düşüb.
Şahidlərin iddiasına əsasən, qəzaya səbəb düzgün ara məsafəsinin seçilməməsi olub.
Hadisə nəticəsində hər iki nəqliyyat vasitəsinə maddi ziyan dəyib. Xoşbəxtlikdən xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, qarlı və buzlu havada sürücülər sürət həddini minimuma endirməli, nəqliyyat vasitələri arasında təhlükəsiz ara məsafəsini qorumalı, kəskin manevr və ani əyləclərdən çəkinməlidirlər.
Eyni zamanda bu cür hava şəraitində mövsümə uyğun təkərlərdən istifadə etmək və diqqəti maksimum səviyyədə saxlamaq vacibdir.
Nərmin Oxunub 222 Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.