Qarlı havaya görə 15 nəfər XƏSARƏT ALDI 2 si əməliyyat olundu RƏSMİ

21.02.2025

Icma.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Səhiyyə Nazirliyi Elmi- Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna qarlı hava şəraiti ilə əlaqəli olaraq 15 nəfər müraciət edib.
Bu barədə Bizim.Media-ya Səhiyyə Nazirliyindən məlumat verilib.
Xəsarət alan şəxslərdə əsasən sınıqlar, bilək və said nahiyyəsində deformasiya, kəskin ağrı və şişkinlik müşahidə olunub. 2 nəfərə cərrahi müalicə tətbiq olunub.
Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью