Qarlı havaya görə daha bir oyunun məkanı dəyişdi | Icma.az
sport24.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır. I Liqanın "Mingəçevir" – "Difai" oyununun yeri dəyişdirilib.
Sport24.az xəbər verir ki, bunu PFL-in mətbuat xidməti açıqlayıb.
XVI turun matçı Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionunun ehtiyat meydançasında keçiriləcək.
Öncədən görüşün Zaqatala Olimpiya İdman Kompleksinin stadionunda baş tutması planlaşdırılmşdı.
Qeyd edək ki, qarşılaşmanın tarixi və başlama saatı ilə bağlı hər hansı dəyişiklik edilməyib.
Fevralın 27-dı keçiriləcək oyun saat 14:00-da başlayacaq. Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu