Icma.az bildirir, Azxeber.com saytına əsaslanaraq. Qarlı havaya görə indiyədək 347 nəfər təcili tibbi yardıma müraciət edib.
AZXEBER.COM xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.
Qeyd olunub ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə qarlı hava şəraiti ilə əlaqədar indiyədək 163-ü qadın, 184-ü kişi olmaqla, 347 nəfərin müraciəti qeydə alınıb.
Onlardan 315 nəfər müxtəlif travmalarla müvafiq tibb müəssisələrinə hospitalizasiya olunub.
Müraciət edənlərdən 32 nəfərə yerində yardım olunub. Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.