Qarlı və şaxtalı havanın insan psixologiyasına nə kimi təsirləri vardır? RƏYLƏR | Icma.az
Icma.az, Sia Az saytından verilən məlumata əsaslanaraq xəbər yayır. “Hava şəraitinin insan psixologiyasına təsiri danılmazdır.
Şaxtalı və qarlı hava bəzi insanlara rahatlıq və dinclik bəxş edir, digərləri üçün isə yorğunluq və depressiv əlamətlər göstərir.
Bu fərqlilik insanın bioloji xüsusiyyətləri, psixoloji vəziyyəti və həyat tərzi ilə bağlıdır.
Şaxtalı və qarlı havanın insan psixologiyasına təsiri fərqlidir.
Bir qrup insan üçün bu hava enerjini artırır və daxili sakitlik yaradırsa, digərləri üçün yorğunluq və stress mənbəyi ola bilər”.
Bu sözləri Klinik Psixoloq Cütlük və Ailə terapevti Cəmilə Hacıyeva SİA-ya açıqlamasında deyib.
Onun sözlərinə görə, şaxtalı və qarlı hava bəzi insanlarda rahatlıq və sakitlik hissi yaradır: “Bunun əsas səbəbi qarın yaratdığı sakit atmosfer, təmiz hava və qış mənzərəsinin psixoloji təsiridir.
Onlar açıq havada gəzməkdən, qarı seyr etməkdən, əylənməkdən və evdə isti içkilərlə istirahət etməkdən zövq alırlar.
Tam oxu
Xəbəri oxu