Qarlı yolda “09”la “avtoş”luq etdi Həbs olundu, vəsiqədən məhrum edildi VİDEO

25.02.2025

Avtosfer portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Qarlı havada yol hərəkəti qaydalarını kobud şəkildə pozan sürücü həbs olunub.

Avtosfer.az-ın məlumatına görə, Göyçay Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarının keçirdikləri tədbir zamanı avtoxuliqanlıq edən sürücü Kamran Şükürov saxlanılıb.

O, idarə etdiyi “VAZ-2109” markalı avtomobillə qarlı hava şəraitində təhlükəli manevrlər edərək digər hərəkət iştirakçılarına qəza riski yaradıb.

Sürücü barəsində toplanmış materiallar baxılması üçün rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə K.Şükürovun sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılmaqla 15 sutka inzibati qaydada həbs edilib.

Nərmin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью