Qarlı yolda maşını bir neçə dəfə fırladıb “ölüm şou”su göstərdi 77 DD 297 VİDEO

22.01.2026

Icma.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Qubada yol hərəkəti qaydalarını kobud şəkildə pozan sürücü videolarını “TikTok” sosial şəbəkəsində paylaşıb.

Avtosfer.az-ın məlumatına görə, 77-DD-297 dövlət nömrə nişanlı “KIA” markalı avtomobilin sürücüsü qarlı yolda əl əyləcini çəkərək avtomobili bir neçə dəfə fırladaraq “şou” göstərib. Bu zaman o, özüylə yanaşı sərnişinlərin həyatını da risk altına atıb.

Paylaşılan digər videolarda isə sürücünün sürət həddini aşdığı, avtomobilin ön şüşəsinə operativ nəqliyyat vasitələrinə məxsus göy və qırmızı sayrışan işıq siqnalları quraşdırdığı görünür. Bundan başqa, bəzi görüntülərdə axşam saatlarında avtomobili işıqları söndürülmüş vəziyyətdə idarə etdiyi də əks olunub.

Qeyd edək ki, sözügedən sürücünün vəsiqəsiz avtomobil idarə etməsi ilə bağlı iddialar da yayılıb. Belə ki, paylaşılan videolardan birinin rəy bölməsində bu barədə məlumat yer alıb.

Nərmin

Oxunub 228

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью