Qarlı yolda “Niva” ilə “şou” göstərdi gah ilanvari sürdü, gah drift etdi VİDEO

21.02.2025

Avtosfer saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Yardımlı-Masallı yolunda yol hərəkəti qaydalarını kobud şəkildə pozan sürücünün videosu sosial şəbəkədə paylaşılıb.

Avtosfer.az-ın məlumatına görə, 99-CS-084 dövlət nömrə nişanlı “Niva” markalı avtomobilin sürücüsü qarlı yolda təhlükəli manevrlər edib. Kadrdan da göründüyü kimi, o, maşını gah sağa, gah da sola sürərək yol boyu “şou” göstərib.

Digər görüntüdə isə, əl əyləcindən istifadə edən sürücü avtomobili fırladaraq dəfələrlə drift edib. 

Nərmin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью