Qarlı yolda “Tofaş”la şou göstərən sürücü saxlanıldı; 2500 manat cərimələndi VİDEO

23.01.2026

Avtosfer portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Qarlı yolda “drift” edən sürücü yüksək məbləğdə cərimələnib. Avtosfer.az xəbər verir ki, Türkiyənin Hatay şəhərində baş verən hadisə həvəskar kamera tərəfindən qeydə alınıb.

Belə ki, 31-FV-442 dövlət qeydiyyat nişanlı “Tofaş” markalı avtomobilin sürücüsü qarlı yolda “drift” edərək həm özünün, həm də digər hərəkət iştirakçılarının həyatını təhlükəyə atıb. Görüntülər sosial şəbəkədə yayımlandıqdan sonra Şəhər Polis İdarəsinin Yol Polisi Şöbəsinin əməkdaşları hərəkətə keçərək qayda pozan şəxsi tez bir zamanda saxlayıblar.

Polis əməkdaşları sürücüyə 2510 manat cərimə kəsiblər. Bundan əlavə, onun sürücülük vəsiqəsi 60 gün müddətinə müsadirə edilib.

Sözügedən hadisənin anbaan videosunu təqdim edirik:

Namiq Musayev

Oxunub 110

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью