Qarnaço Barselonaya keçə bilər

03.03.2025

Icma.az, Operativ MM saytına istinadən bildirir.

"Mançester Yunayted"in vingeri Alexandro Qarnaço klubu tərk edə bilər.

"Operativ Məlumat Mərkəzi-OMM" "Transfer News Live"a istinadən xəbər verir ki, "Barselona" yayda Qarnaçonu transfer edə bilər.

İspaniya klubu futbolçu ilə yaxından maraqlanır.

Argentinalının gələcəyi qeyri-müəyyən olaraq qalır.

Kataloniya nəhəngi yaranmış vəziyyətdən istifadə edərək 20 yaşlı futbolçunu "mankunianlar"ın sıralarını tərk etməyə razı salmağa ümid edir.

"Transfermarkt" Alejandro Qarnaçonun dəyərini 50 milyon avro olaraq qiymətləndirir.

Gənc futbolçunun hazırkı müqaviləsi 2028-ci ilə qədərdir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью