Qarnaço Çelsi dən ayrılır: Xabi Alonso gənc ulduzu gözdən çıxardı

05.06.2026

Fanat portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Çelsi" ötən il böyük ümidlərlə heyətinə qatdığı Alexandro Qarnaço ilə yollarını ayırmağa hazırlaşır.

Fanat.Az "Mail Sport" nəşrinə istinadən xəbər verir ki, London klubu 40 milyon funt-sterlinq qarşılığında "Mançester Yunayted"dən transfer etdiyi 21 yaşlı argentinalı vinger üçün gələn təklifləri dəyərləndirmək qərarına gəlib.

Gənc futbolçu ötən mövsüm Premyer Liqada start heyətində meydana çıxdığı 14 matçda cəmi 1 qolla yaddada qalıb və gözlənilən performansı nümayiş etdirə bilməyib.

Bu yay "Çelsi"nin heyətində köklü dəyişikliklər etməyi planlaşdıran baş məşqçi Xabi Alonsonun hesabatından sonra rəhbərlik Qarnaçonun satışına yaşıl işıq yandırıb.

Abunə Ol

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью