Icma.az, futbolpress-az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Çelsi”dən icarə əsasında “Aston Villa”ya keçən Alexandro Qarnaço transferi barədə danışıb.
Futbolpress.az xəbər verir ki, 22 yaşlı argentinalı vinger Birmingem təmsilçisinin gələn mövsüm UEFA Çempionlar Liqasında mübarizə aparacağını xüsusi vurğulayıb.
Birmingem klubunun rəsmi saytına açıqlama verən futbolçu yeni komandaya keçidindən məmnunluğunu dilə gətirib:
“Burada olduğum üçün çox şadam. Meydana çıxacağım günü səbirsizliklə gözləyirəm. ‘Aston Villa’ sürətlə inkişaf edən böyük klubdur, ona görə də tez bir zamanda işə başlamaq istəyirəm. Özümə olan inamımı bərpa edə və ‘Mançester Yunayted’dəki ilk illərimdəki səviyyəmə qayıda biləcəyim bir komanda axtarırdım. Baş məşqçi Unay Emeri ilə danışdım və düşünürəm ki, o, komandaya kömək etməyim üçün mənə lazımi inamı verəcək. Ötən mövsüm ‘Aston Villa’nın Avropa Liqasındakı oyunlarını izləyirdim, indi isə Çempionlar Liqasında oynayacağıq. Avrokuboklarda çıxış etmək mənim üçün çox vacibdir. Çempionlar Liqası ən güclü turnirdir və biz bu mövsüm orada olacağıq. Ümid edirəm ki, böyük uğurlar qazana biləcəyik”.
“Çelsi” ötən mövsüm Premyer Liqanı 10-cu pillədə başa vuraraq avrokuboklardan kənarda qalıb.