Qarnaço İngiltərə klubunu tərk edə bilər

24.12.2024

Icma.az, Operativ MM saytına istinadən bildirir.

"Mançester Yunayted"in futbolçusu Alexandro Qarnaço 2025-ci ildə klubu tərk edəcək. Argentinalının son matçlarda “qırmızı şeytanlar”ın start heyətində yerini itirməsi futbolçunun mümkün gedişi ilə bağlı yeni söhbətlərə səbəb olub.

"Operativ Məlumat Mərkəzi-OMM" "CaughtOffside"a istinadən xəbərinə görə, adı açıqlanmayan bir Avropa klubu 60 milyon funt sterlinqə (təxminən 72 milyon avro) Qarnaçonu ala bilər.

20 yaşlı futbolçunun dəyərini "Transfermarkt" 50 milyon avro qiymətləndirir və onun "Mançester Yunayted"lə müqaviləsi 2028-ci ilin ortalarına qədərdir.

Bu mövsüm Alejandro Qarnaço 26 matçda 8 qol vurub və 4 məhsuldar ötürmə edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью