Qarnı böyüyüb şişən kişilərdə nə çatışmır? | Icma.az
Medicina portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Kişilərdə testosteron çatışmazlığı qarında yağları artırır.“Medicina” xəbər verir ki, Uroloq Ruslan Həsənov çox zaman gözardı edilən səbəbdən danışıb.“Hormon çatışmazlığı kişiər üçün sağlamlıq problemlərinə səbəb olur.
Bu, bədən yağının artması və diabet riski ilə əlaqəli bir problemdir.
Testosteron çatışmazlığı ətraf mühitdəki antropogen dəyişikliklər səbəbindən son illərdə daha çox yayılmışdır".
“Problem ekoloji toksinlərə (pestisidlər, təmizləyici məhsullardakı kimyəvi maddələr və mikroplastiklər kimi) artan məruz qalmağımız, həmçinin həyat tərzi və qida seçimləri ilə bağlıdır.
Testosteron kişilərdə yağların paylanması və qırmızı qan hüceyrələrinin və sperma istehsalı da daxil olmaqla bir çox bədən proseslərindən məsul olan cinsi hormondur.
Testosteron çatışmazlığının qlobal yayılması yüzdə 10-40 arasında dəyişir.
İnsanların qarın yağının yığılmasının bir çox səbəbi var, lakin aşağı testosteron rol oynaya bilər.
Tam oxu
Xəbəri oxu