Qarpız bu şəxslərə olmaz

03.08.2026

Icma.az, Milli.az portalına istinadən məlumat yayır.

Qarpızın həddindən artıq qəbulu bəzi insanlar üçün sağlamlıq riski yarada bilər.

Milli.Az xəbər verir ki, rusiyalı diyetoloq Olqa Yamilovanın sözlərinə görə, xüsusilə böyrək və şəkərli diabet xəstələri bu meyvəni ehtiyatla istehlak etməlidirlər.

Mütəxəssis bildirib ki, qarpızın güclü sidikqovucu təsiri böyrəklərə əlavə yük yarada, böyrək daşı olanlarda isə daşların hərəkətinə səbəb ola bilər. Bundan başqa, yüksək qlisemik indeksə malik olduğu üçün qanda şəkərin sürətlə yüksəlməsinə səbəb ola bilər.

Yamilova qeyd edib ki, diabet xəstələri qarpızı yalnız həkim məsləhəti ilə və qanda qlükoza səviyyəsini nəzarətdə saxlayaraq qəbul etməlidirlər.

Müəllif: Aysel Əkbər (Milli.Az müxbir)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью