Qarpız çanağında meyvə salatı

05.09.2026

Sherg.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Vitaminlərlə zəngin, ləzzətli və sağlam meyvə salatı ilə həm özünüzü, həm də sevdiklərinizi sevindirə bilərsiniz.

Porsiya: 4–6 nəfərlik

Hazırlanma müddəti: 30 dəqiqə

Ərzaqlar:

2 kq-lıq 1 ədəd kiçik qarpız

2 ədəd yastı şaftalı

2 ədəd ərik

200 q sarı üzüm

200 q qara üzüm

10–12 ədəd albalı

2 portağalın təzə sıxılmış şirəsi

½ stəkan dilimlənmiş badam

2 xörək qaşığı limonçello (istəyə görə)

7–8 ədəd nanə yarpağı

Hazırlanması:

Bütün meyvələri yuyub istədiyiniz formada doğrayaraq geniş qaba yığın.

Qarpızın üst hissəsini kəsib qapaq kimi kənara qoyun. Kiçik meyvə qaşığı ilə qarpızın içindən dairəvi hissələr çıxarıb digər meyvələrin üzərinə əlavə edin.

Meyvələrə portağal şirəsi, dilimlənmiş badam və istəyə görə limonçello əlavə edib qarışdırın. Qarışığı qarpızın içərisinə doldurun.

Qarpızın üst hissəsini də bir qədər oyaraq qapaq kimi bağlayın və soyuducuya qoyun. Süfrəyə verərkən nanə yarpaqları və qalan badamla bəzəyin.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью