Qarpız salatı resepti

08.06.2026

Icma.az, Milli.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Yay süfrələrinin ən təravətləndirici və rəngarəng ləzzətlərindən biri olan qarpız salatı sulu qarpız dilimlərini pendir, göyərti və yüngül souslarla bir araya gətirərək qeyri-adi bir dad bəxş edir. Şirin və duzlu dadların uyğunluğunu sevənlər üçün möhtəşəm bir alternativ olan bu salat xüsusilə isti havalarda yüngüllüyü və təzəliyi ilə süfrələrin vazkeçilməzinə çevrilir.

Milli.Az inqrediyentləri təqdim edir:

Salat üçün
3 su stəkanı kub formalı doğranmış qarpız

150 qram ağ pendir

Yarım dəstə roka

1 ovuc təzə nanə yarpağı

Yarım çay stəkanı qoz ləpəsi

Sousu üçün
2 yemək qaşığı zeytun yağı

1 yemək qaşığı limon şirəsi

Yarım çay qaşığı istiot

Üzəri üçün
Küncüt və nar şərabı

Hazırlanma qaydası
İlk olaraq qarpızı tumlarından təmizləyib kub şəklində doğrayın. Ağ pendiri də kiçik parçalar halında kəsin.

Roka və təzə nanə yarpaqlarını yuyub qurudun. Geniş bir servis qabına bu göyərtiləri yerləşdirin.

Göyərtilərin üzərinə doğranmış qarpızları və ağ pendirləri əlavə edin. Qoz ləpəsini bir az iri qalacaq şəkildə əzib salata qatın.

Kiçik bir kasada zeytun yağı, limon şirəsi və istiotu qarışdıraraq sous hazırlayın. Hazırladığınız sousu salatın üzərinə gəzdirin.

Sonda üzərinə küncüt səpin və bir neçə damcı nar şərabı əlavə edərək servis edin.

Qarpızın həddindən artıq sulu olmaması salatın sulanmasının qarşısını alır. Həmçinin sousu servis etməzdən dərhal əvvəl əlavə etmək göyərtilərin təravətli qalmasını təmin edir.

SSüfrəyə verməzdən əvvəl qarpızı soyuducuda saxlamaq yay günlərində daha təravətləndirici bir dad bəxş edir.

Qoz ləpələrini yüngülcə qovuraraq istifadə etmək onların ətrini daha da qabardır.
Lalə Qüdrətova
Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью