Qarpız yükündə 31 kiloqramdan artıq narkotik vasitə aşkar edilib FOTOLAR

05.05.2026

Sia Az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Dövlət Gömrük Komitəsinin Astara Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdikləri kompleks əməliyyat-axtarış və gömrük nəzarəti tədbirləri nəticəsində xüsusilə külli miqdarda narkotik vasitə - həşiş aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.

SİA Komitəyə istinadən xəbər verir ki, "Astara" gömrük postunda "qarpız" yükü aparan nəqliyyat vasitəsinə stasionar rentgen qurğusunda baxış keçirilib və yükdə şübhəli cizgilər müşahidə olunduğundan əsaslı yoxlamaya cəlb edilib.

Kinoloji xidmət itinin tətbiqi ilə aparılan yoxlama zamanı üzərləri "qarpız" yükü ilə örtülərək gömrük nəzarətindən gizlədilən 304 bağlamadan ümumi təmiz çəkisi 31 kiloqram 500, 907 qram xüsusilə külli miqdarda narkotik vasitə - həşiş aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью