Qarpız zəhərlənmələrinin səbəbi Bu hallara diqqət edin! | Icma.az
Icma.az, Modern.az saytına istinadən bildirir. Yay mövsümünün sevilən meyvələrindən olan qarpız, təəssüf ki, hər zaman sağlamlıq üçün təhlük
Son dövrlər bu meyvədən qaynaqlanan zəhərlənmə hallarının artması insanlar arasında ciddi narahatlıq yaradıb.
Əsas problemlər isə məhsulun yetişdirilmə, saxlanma və satış mərhələlərində ortaya çıxır.
Mövzu ilə bağlı sağlam qida təbliğatçısı Asim Vəliyev Modern.az-a danışan zaman bildirib ki, qarpızdan zəhərlənmə yay aylarında daha çox baş verir və bu kimi qida zəhərlənmələrinin bir neçə əsas səbəbi var: “Ən çox rast gəlinən səbəb kimyəvi gübrə və pestisidlərdən normadan artıq istifadə olunmasıdır.
Bəzi fermerlər məhsulu bazara daha tez çıxarmaq və iri göstərmək üçün torpağa və ya qarpızın özünə kimyəvi maddələr vururlar.
Bu zaman qarpızın içərisində nitratların miqdarı normadan artıq olur.
İnsanın orqanizmi bu qədər yüksək miqdarda nitratı qəbul edə bilmir və nəticədə ürəkbulanma, qusma, qarın ağrısı, halsızlıq kimi zəhərlənmə əlamətləri ortaya çıxır”.
Ekspert həmçinin vurğulayıb ki, ikinci əsas məqam qarpızın yetişmə dövrü ilə əlaqədardır: “Normalda qarpızın təbii yetişmə mövsümü iyul-avqust aylarıdır.
Tam oxu
Xəbəri oxu