Qarpızdan zəhərləndiyi deyilən gənc qızın ölüm səbəbi məlum oldu

10.06.2025

Baku.ws portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"7 iyun 2025-ci il tarixində  20 yaşlı şəxs (qadın cinsli) qıcolma vəziyyətində Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə hospitalizasiya edilib". 

Bu barədə BAKU.WS-in sorğusuna cavab olaraq TƏBİB-in mətbuat xidmətindən bildirilib.

"Dərhal xəstəyə zəruri tibbi xidmətlər göstərilib, həkimlərin səylərinə baxmayaraq xəstənin həyatını xilas etmək mümkün olmayıb", - məlumatda qeyd olunub.

Xatırladaq ki, sosial şəbəkələrdə mərhum Dərya Ağayevanın qarpızdan zəhərlənərək öldüyü iddia edilirdi.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью