Qarpızdan zəhərlənmənin qarşısını necə almaq olar?

06.09.2025

Olke.az saytına istinadən Icma.az xəbər verir.

Yay aylarında ən çox istehlak olunan meyvələrdən biri olan qarpız bəzən insanlarda ciddi zəhərlənmələrə səbəb olur. 

Ölkə.az xəbər verir ki, zəhərlənmələrin əsas səbəbi qarpızın tez yetişdirilməsi üçün normadan artıq nitrat və digər kimyəvi maddələrin istifadəsi, həmçinin meyvənin düzgün saxlanılmamasıdır. İsti havada kəsilmiş qarpızın uzun müddət açıq havada qalması bakteriyaların sürətlə çoxalmasına şərait yaradır.

Qarpızdan zəhərlənmə qarın ağrısı, ürəkbulanma, qusma və ishal kimi əlamətlərlə özünü büruzə verir. Bu cür hallar müşahidə olunduqda dərhal həkimə müraciət etmək tövsiyə olunur.

Qarpızı kəsməzdən əvvəl yaxşı yumağı və kəsilmiş meyvəni uzun müddət otaq temperaturunda saxlamamaq məsləhət görülür.

Həmidə İbrahimova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью