Qarpızı kəsdikdən sonra soyuducuda neçə gün saxlamaq olar?

29.07.2026

Icma.az, Azpost portalına istinadən məlumatı açıqlayır.

Yayın ən sevilən meyvələrindən biri olan qarpız düzgün saxlanılmadıqda sağlamlıq üçün təhlükə yarada bilər.

Qida mütəxəssislərinin sözlərinə görə, bütöv qarpız otaq temperaturunda saxlanıla bilər. Lakin meyvə kəsildikdən sonra vəziyyət dəyişir.

Kəsilmiş qarpız mütləq qida plyonkası ilə örtülərək soyuducuya yerləşdirilməlidir. Bu halda onu 3-4 gün ərzində istehlak etmək tövsiyə olunur.

Qarpız uzun müddət açıq vəziyyətdə qaldıqda bakteriyaların çoxalması sürətlənir və meyvənin keyfiyyəti aşağı düşür. Əgər qoxusunda dəyişiklik, selikli qat və ya yumşalma hiss olunursa, həmin məhsulu yemək məsləhət görülmür.

Mütəxəssislər qarpızı kəsdikdən sonra bir neçə saat günəş altında və ya isti mətbəxdə saxlamağın qida zəhərlənməsi riskini artırdığını da bildirirlər.

AzPost.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью