Icma.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.
Çinli fermerlərin tarlalarda qarpızların üzərinə daş qoyması kənardan adi görünə bilər. Lakin bu qədim kənd təsərrüfatı üsulunun arxasında dərin əkinçilik təcrübəsi dayanır. Əsrlərdir tətbiq edilən sadə texnika meyvənin dadını və keyfiyyətini xeyli artırır.
Gündüz günəş şüaları ilə qızan daşlar istiliyi özünə çəkir. Bu addım meyvənin birbaşa günəş altında həddindən artıq qızmasına mane olur. Gecə hava soyuyanda isə daş gündüz topladığı istiliyi tədricən qarpıza ötürür. Yaranan istilik tarazlığı qarpızın yetişməsini sürətləndirir, şəkər miqdarını yüksəldir və dadını artırır.
Gecə ilə gündüz arasındakı kəskin temperatur dəyişikliyi qarpız qabığının çatlamasına gətirib çıxarır. Daşların sağladığı balanslı istilik ötürülməsi qabığın zədələnməsini əngəlləyir və məhsul itkisini azaldır.
Şirinləşən qarpızlar quşların diqqətini çəkir. Meyvənin ortasına qoyulan daşlar quşların qarpızı dimdikləməsinin qarşısını fiziki olaraq alır.
Çinin Ninqsia kimi quraq bölgələrində bu üsul yüzillərdir istifadə olunur. "Gravel Mulching", yəni daşla örtmə adlanan texnikada torpağın səthinə də çınqıl döşənir. Torpaqdakı daş qatı nəmin buxarlanmasını ləngidir. Nəticədə minimum suvarma ilə maksimum məhsuldarlıq qazanılır.
Bu üsulla yetişdirilən qarpızlar yüksək şəkər miqdarı və xüsusi dadı sayəsində bazarda baha qiymətə satılır. Ənənəvi təcrübə müasir texnologiyanı geridə qoyaraq effektivliyini qoruyur.
Yəni kiçik bir daş qarpızı həm təbii fəsadlardan qoruyur, həm də onun dadını artıraraq dəyərini yüksəldir.
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin. Gündüz günəş şüaları ilə qızan daşlar istiliyi özünə çəkir. Bu addım meyvənin birbaşa günəş altında həddindən artıq qızmasına mane olur. Gecə hava soyuyanda isə daş gündüz topladığı istiliyi tədricən qarpıza ötürür. Yaranan istilik tarazlığı qarpızın yetişməsini sürətləndirir, şəkər miqdarını yüksəldir və dadını artırır.