Qarpızların gizli təhlükəsi

25.07.2026

Icma.az xəbər verir, Sherg.az saytına əsaslanaraq.

Mövsümdən əvvəl satışa çıxarılan qarpızların tərkibində yetişməni sürətləndirən gübrələrin istifadəsi nəticəsində yüksək miqdarda nitrat toplana bilər.

Oxu.Az xəbər verir ki, bu barədə Dmitri Karpenko "RİA Novosti" agentliyinə açıqlamasında danışıb.

D.Karpenkonun sözlərinə görə, yay aylarında bağırsaq infeksiyalarının əsas səbəbi qidaların qabığında toplanan çirk və patogen mikroorqanizmlərdir. Lakin nitratlarla bağlı vəziyyət fərqlidir. Mütəxəssis bildirib ki, vaxtından əvvəl yetişdirilən qarpızlarda azot tərkibli gübrələrdən istifadə edilməklə böyümə prosesi süni şəkildə sürətləndirildiyi üçün nitratın miqdarı normadan yüksək ola bilər.

Həkim vurğulayıb ki, nitratlar əsasən qarpızın qabığına yaxın yerləşən açıq rəngli hissəsində toplanır. Buna görə də həmin hissənin qida kimi istehlakı tövsiyə edilmir.

"Qarpızın ən dadlı və kütləvi istehlak dövrü iyulun sonu və avqust ayına təsadüf edir. Məhz bu vaxt tarlada təbii yolla yetişən bostan məhsulları bazarlara çıxarılır. Bundan əlavə, ən geniş çeşid və ən münasib qiymətlər də adətən avqust ayında və sentyabrın ilk günlərində müşahidə olunur", - deyə Karpenko bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью