Qars vilayətində mikroavtobuslar toqquşub Xeyli insan xəsarət alıb AzPolitika onlayn siyasiictimai qəzet

02.01.2025

Azpolitika.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Türkiyənin şərqində yerləşən Qars vilayətində mikroavtobusların iştirakı ilə baş vermiş yol qəzasında azı 27 nəfər xəsarət alıb.

“Report” xəbər verir ki, bu barədə DHA bildirib.

Agentliyin məlumatına görə, qəza axşam saatlarında yol kəsişməsində baş verib. Sərnişinlərlə dolu olan bir nəqliyyat vasitəsi Sarıkamış şəhərinə, digəri isə Kağızmana gedirmiş.

Hadisə yerinə təcili yardım xidmətinin əməkdaşları gəlib. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib, onlardan birinin vəziyyəti ağırdır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью