Qarsda Azərbaycan diaspor təşkilatları arasında qarşılıqlı fəaliyyət yolları nəzərdən keçirilib AZƏRTAC

19.01.2025

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Qars, 19 yanvar, AZƏRTAC

Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Türkiyəyə işgüzar səfəri çərçivəsində Şərqi Anadoluda fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının rəhbərləri ilə görüş keçirib.

AZƏRTAC xəbər verir ki, ölkəmizin Qarsdakı Baş Konsulluğunun binasında keçirilən görüşdə Azərbaycanın milli maraqları naminə diaspor təşkilatlarının səylərinin birləşdirilməsi mövzusu ətrafında fikir mübadiləsi aparılıb.

Dövlət Komitəsinin rəhbəri diaspor nümayəndələrinin mövqeyini dinləyib, xaricdə yaşayan soydaşların koordinasiyasının və qarşılıqlı fəaliyyətinin vacibliyi ilə bağlı fikirlərini bölüşüb.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Qars

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью