Qarsda zəlzələ oldu Təkanlar Ermənistanda da hiss edildi

28.04.2026

Icma.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.

Türkiyənin Qars bölgəsində baş verən zəlzələ qonşu ərazilərdə də hiss olunub.

Redaktor.az xəbər verir ki, Ermənistan Daxili İşlər Nazirliyinin Xilasetmə Xidmətinin məlumatına görə, 3,9 bal gücündə zəlzələ Qarsın cənub-qərbində yerləşən Sessera ərazisində qeydə alınıb.

Bildirilib ki, zəlzələnin episentri Qarsdan təxminən 43 kilometr şimalda, ocağı isə 10 kilometr dərinlikdə yerləşib. Episentrdə yeraltı təkanların gücü 5 bal təşkil edib.

Qeyd olunur ki, zəlzələ Ermənistan ərazisində də hiss edilib. Şirak vilayətində, o cümlədən Gümrü şəhərində və Amasiya, Zarishat, Vəhramaberd və Marmaşen kəndlərində 2–3 bal gücündə təkanlar qeydə alınıb.

Aminə ŞAHSUVARQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью