Footbal-plus saytına istinadən Icma.az xəbər verir. “Mingəçevir” ASTA-nın himayəsinə keçdi.
Futbolun İnkişaf Fondunun (FİF) vasitəçiliyi ilə tapılam 1-ci liqa təmsilçisinin yeni sponsor bu gün futbol ictimaiyyətinə təqdim olundu.“Flame Towers”in Üzeyir Hacıbəyli salonunda keçirilən rəsmi imzalama mərasimindən sonra FİF-in icraçı direktoru Tural Priyev tərəfdaşlıq haqda “Football-plus.az”a danışıb: “Ötən ilin aprelindən bu proseslərə başlamışıq.
İlk dövrlərdə bir neçə regiona səfərimiz olmuşdu. Yekunda "Mingəçevir" variantı üzərində dayandıq. 4 ay idi fəal danışıqlar gedirdi.
Bu danışıqlarda Gənclər və İdman Nazirliyi də iştirak edirdi.
Tərəfdaşın əsas planları infrastrukturla bağlı olduğu üçün razılığın əldə olunması çox önəmli idi.
Danışıqlar 6 ay davam etdi ki, bu da qısa müddətdi. Praktikamızda daha uzun danışıqlar olub. “Turan Tovuz”un danışıqları 1 il davam edib.
“İmişli”də isə daha qısa çəkdi. Yəni o prosesdən aslıdı. Orda müxtəlif tərəflər var, şərtlər razılaşdırılır.
Həmçinin biz qarşı tərəfi tanımağa, uzunmüddətli vizyonunun olduğuna əmin olmağa çalışırıq.